Ramil Usubov əmr imzaladı

Yol polisi 17 İyul 2015 01:35 Oxunub 2224
Ramil Usubov əmr imzaladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bayramda Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçəcək

Ramazan bayramı münasibətilə Azərbaycan polisi gücləndirilmiş iş rejiminə keçəcək. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ramazan bayramı ilə bağlı polis iyulun 17-dən 21-dək gücləndirilmiş iş rejimində xidmət aparacaq. Əmrdə qeyd edilir ki, bayram günlərində ictimai yerlərdə və insanların kütləvi istirahət etdiyi ərazilərdə xoşagəlməz hadisələrin qarşısını almaq və hüquq qaydasına nəzarəti gücləndirmək məqsədilə qabaqlayıcı və digər zəruri tədbirlərin görülməsi təmin edilməlidir.

Ramazan bayramı günləri ictimai asayişin təmin edilməsi ilə əlaqədar olaraq post-patrul xidməti naryadlarının sayı artırılacaq.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh