Konserv qutularından avtomobil hazırladılar - FOTO

Avtodünya 17 İyul 2015 03:36 Oxunub 3672
Konserv qutularından avtomobil hazırladılar - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Jeep Vranqler” markalı avtomobilin real ölçülərində hazırlanan  bu nümunə insanların marağına səbəb olub

Kanadada bir qrup gənc 4500 ədəd dolu konserv qutusu istifadə edərək “Cip Vranqler” markalı avtomobil hazırlayıb. Kanadanın Qurtuluş gününü qeyd etmək məqsədi ilə bir araya gələn gənclər “Jeep Vranqler” markalı avtomobilin real ölçülərində hazırladıqları bu nümunə insanların marağına səbəb olub.

“Jeep” avtomobillərinin istehsalçısı və yerli bir şirkətin dəstəyi ilə bir qrup gəncin 24 saat ərzində ərsəyə gətirdiyi avtomobil Kanadanın Vankuver şəhərində sərgilənir. Sərgi başa çatdıqdan sonra avtomobilin hazırlanmasında istifadə olunan konserv qutuları ehtiyacı olan 3120 nəfərə xeyriyyə məqsədi ilə paylanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh