Radara görə sürücünü DYP-yə dəvət etmək qadağan edildi

Avtoxəbər 12 Aprel 2014 00:00 Oxunub 5721
Radara görə sürücünü DYP-yə dəvət etmək qadağan edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Radar və kamera görüntüləri ilə bağlı cərimələr elektron formada tətbiq ediləcək

Sürcülərə tətbiq olunan cərimələrin ödənilməsi ilə bağlı bu gün qüvvəyə minmiş daha bir neçə mühüm yenilik. avtosfer.az saytının verdiyi məlumata görə, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətaların foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə (yəni radar və kameralarla) aşkar edilməsi və tam elektron formada protokollaşdırılması həyata keçiriləcək. Belə ki, həmin xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş olduqda nəqliyyat vasitəsinin istifadəçisini (yəni sürücünü) protokol tərtib etmək üçün səlahiyyətli orqana (yəni DYP-yə) çağırmaq qadağan olunur. Bundan başqa, həmin xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş olduqda DYP əməkdaşının nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında yerində protokol tərtib etməsi də qadağan olunur.


avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh