«Avtoş»luq edən avtobus sürücüsünə 30 sutka həbs - VİDEO - YENİLƏNİB

Avtoxəbər 7 İyun 2014 13:47 Oxunub 2807
«Avtoş»luq edən avtobus sürücüsünə 30 sutka həbs - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmə onun sürücülük hüququnu bir il müddətinə məhdudlaşdırdı

Dünən Bakıda «avtoş»luq edən avtobus sürücüsü bu gün həbs olunub. Videodan da görünür ki, avtobus sürücüsü heç nəyə məhəl qoymadan qarşı yola çıxır və körpünün altında təhlükəli manevr edir. Bu hadisə avtobusda sərnişinlərin də olduğu bir vaxtda baş verir. Açıq aşkar avtoxuliqanlıq edərək təhlükəli manevrlər edən sürücü bir qədər əvvəl həbs olunub.

Avtosfer.az saytının məlumatına görə, hazırda həmin sürücü Nizami rayon Dövlət Yol Polisi Şöbəsindədir. Az sonra onun sənədləri və tərtib olunan inzibati protokol Nizami rayon Məhkəməsinə təqdim olunacaq. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumatı təsdiq edib.

Qeyd edək ki, bu əməllərə görə sürücünü 1 aya qədər inzibati həbs cəzası gözləyir.

Onu da qeyd edək ki, videoda görünən 10 TF 875 dövlət nömrə nişanlı 81 nömrəli marşrut avtobusu "Transqeyt" şirkətinə məxsusdur. Marşrut avtobusunun sürücüsü sərnişinlərin həyatı ilə beləcə oynayır. Aparılan araşdıma nəticəsində 10 TF 875 dövlət nömrə nişanlı “Daewoo” markalı avtobusun sürücüsü İbrahimov Tural Abdulla oğlu olduğu müəyyənləşib. 

 

***

Avrtosfer.az-ın əldə etdiyi məlumata görə, Nizami rayon Məhkəməsi 26 yaşlı avtobus sürücüsü barəsində qərar çıxarıb. Qərara əsasən, İbrahimov Tural Abdulla oğlu 30 sutka həbs cəzasına məhkum edilib. Həmçinin məhkəmə onun sürücülük hüququnu bir il müddətinə məhdudlaşdırıb.  


 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh