Bakıda daha bir sürücü-polis davası – Yol bağlandı

Gündəm 18 İyul 2015 22:57 Oxunub 1771
Bakıda daha bir sürücü-polis davası – Yol bağlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə Post Patrul Xidməti çağırılıb

Bakıda sürücüylə yol polisi arasında əlbəyaxa dava düşüb. Avtosfer.az aznews.az-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Babək prospektində yol polisi əməkdaşkarıyla sürücü arasında insident baş verib. 99 SG 640 nömrə nişanlı "Mercedess" markalı avtomobili idarə edən şəxs sənədlərini yol polisinə təqdim etməkdən imtina edib. Bu da tərəflər arasında mübahisəyə səbəb olub. Bir az sonra mübahisə əlbəyaxa davaya çevirilib. Bundan sonra hadisə yerinə Post Patrul Xidməti çağırılıb. Onların sürücünü polis bölməsinə aparmaq cəhdləri davanı bir qədər də alovlandırıb. Sürücünü zərəsizləşdirmək üçün əraziyə 7 Post Patrul Xidməti maşını cəlb edilib. Bir saata yaxın davam edən dava prospektdə hərəkəti tam məhdudlaşdırıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh