«Sınıq körpü»də sıxlıq aradan qaldırılıb

Gündəm 19 İyul 2015 02:02 Oxunub 1228
«Sınıq körpü»də sıxlıq aradan qaldırılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda Azərbaycan-Gürcüstan sərhəddində sərnişinlərin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir 

Tovuz Gömrük İdarəsinin "Sınıq körpü" gömrük postunda yaranmış sıxlıq tam aradan qaldırılıb. Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsi Mətbuat Xidmətindən məlumat verilib. "Bayram və istirahət günləri ilə əlaqədar olaraq ötən gün səhər saatlarında Tovuz Gömrük İdarəsinin “Sınıq körpü” gömrük postunda turistlərin və sərnişinlərin qonşu ölkəyə keçidində yaranmış nisbi sıxlıq dünən günün ikinci yarısından etibarən tam aradan qaldırılıb. Hazırda Azərbaycan-Gürcüstan sərhəddində heç bir sıxlıq müşahidə olunmur, nəqiyyat vasitələrinin, turistlərin və sərnişinlərin sərhəddən sərbəst  şəkildə keçidi tam təmin edilir", - deyə qurumun açıqlamasında qeyd edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh