Dəmir yolunun vəzifəli əməkdaşı özünü asdı

Gündəm 19 İyul 2015 02:04 Oxunub 1324
Dəmir yolunun vəzifəli əməkdaşı özünü asdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rəmzi Kərimov idarələrin birində baş mühasib vəzifəsində çalışırmış

Dünən günorta saatlarında Şirvan şəhər sakini özünü asaraq intihar edib. Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh