Yol polisi Nabranda intensiv reydlərə başladı - FOTO

Yol polisi 20 İyul 2015 00:14 Oxunub 1602
Yol polisi Nabranda intensiv reydlərə başladı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həftə sonu istirahətə gedən 80 sürücü cəzalandırılıb

Xaçmaz Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin (DYPB) əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər. Avtosfer.az xəbər verir ki, reydin keçirilməsində əsas məqsəd baş verə biləcək ağır yol-nəqliyyat hadisələrinin qarşısı almaq və avtomobili spirtli içkinin təsiri altında idarə edən sürücüləri aşkarlamaq olub.

Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-ya verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-nə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-si avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.

Ə.Əsgərbəyli bildirib ki, reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam etdiriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh