Bakıda külək mülayimləşəcək

Gündəm 20 İyul 2015 00:39 Oxunub 1205
Bakıda külək mülayimləşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir

Bakı və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.

İyulun 20-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh