"Porsche"nin milyonluq muzeyi - FOTOLAR

Avtobazar 7 İyun 2014 22:58 Oxunub 1961
"Porsche"nin milyonluq muzeyi - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Muzeydə milyonlarla dəyəri olan 450 eksponant var

Milyonlarla avro qiyməti olan maşınların anbarı qapılarını açıb. Anspress-in məlumatına görə, alman idman avtomobili istehsalçısı olan "Porsche"nin 100 milyonlarla dəyəri olan muzeyi görüntülənib. Muzey Ştutqartda yerləşir. Muzey "Porsche Katedrali" adlanır. Muzey 56 min kvadratmetrlik sahəni əhatə edir. Oradakı yüzlərlə maşın heç nümayişə belə çıxarılmayıb. Muzey 1976-cı ildə fəaliyyətə başlayıb. 2009-cu ilin yanvar ayında isə onun yeni binasının açılışı olub.

Burada 450 avtomobil modeli var. Onların arasında dünyada məşhur olan maşın nümunələri ilə yanaşı, Ferdinand Porşenin maraqlı texniki nailiyyətləri də yer alıb. "Porsche" brendinin yaradıcısı Ferdinand Porşe (1875—1951) olub. Onun işini sonradan oğlu Ferri (1909—1998) davam etdirib. "Porsche"nin idman maşınlarının tarixi 1948-ci ildən başlayır. "bütün bunlar mən öz arzularımın maşınını tapa bilmədiyim üçün yarandı. Bundan sonra mən onu özüm etmək qərarına gəldim"., deyə, F.Porşe bildirib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh