1 milyarda tikilən aeroport 10 min avroya satılır

Gündəm 20 İyul 2015 09:23 Oxunub 1207
1 milyarda tikilən aeroport 10 min avroya satılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İspaniyadakı Syudad-Real şəhərinin aeroportu 10 min avroya satıla bilər

5 il əvvəl inşası 1 milyard avroya başa gələn İspaniyadakı Syudad-Real şəhərinin aeroportu 10 min avroya satıla bilər. İki il əvvəl iflasa uğramış hava limanı öncədən 100 milyon avroya təklif olunurdu. Daha sonra qiymət 30 milyona endirildi. Lakin 7 dəfə hərraca çıxarılan aeroporta istənilən qiyməti verən olmayıb. Sonuncu təklif Çinin Tzaneen İnternational şirkətindən daxil olub. Növbəti 20 gün ərzində bu qiyməti üstələyən təklif daxil olmazsa Çin şirkəti hava limanının sahibi elan olunacaq. Syudad-Real aeroportu paytaxt Madrid hava limanından təxminən 235 kilometr aralıqda tikilib. Lakin belə görünür ki, məsafəyə görə onun xidmətinə maraq göstərən olmayıb. Hərracın qalibi müflis olan obyektin 300 milyon avroluq borcunu da qarşılamalı olacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh