Yay havası geri qayıdır

Gündəm 21 İyul 2015 00:34 Oxunub 1178
Yay havası geri qayıdır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölkə ərazisində havanın temperaturunun 35 dərəcəyə çatacağı gözlənilir

İyulun 21-də Azərbaycanda 35 dərəcə isti gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 21-23, gündüz 29-31 dərəcə isti olacaq.

Bölgələrdə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi gündüz ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh