Göygöldə iki polis iş başında döyüldü

Gündəm 21 İyul 2015 11:48 Oxunub 1319
Göygöldə iki polis iş başında döyüldü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Göygöldə iki polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən döyülüb.

Avtosfer.az xəbər verir ki, bu barədə apa-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Çaylı kəndində qeydə alınıb.

Rayon Polis Şöbəsinin Sarısu Polis Bölməsinin sahə rəisi, 1973-cü il təvəllüdlü mayor Habil Əliyev və bölmənin təhqiqatçısı, 1981-ci il təvəllüdlü Ramin Həmidov xidməti vəzifələrinin icrası ilə əlaqədar ötən axşam Çaylı kəndinə gediblər.

Kənd sakinləri ilə aralarında yaranan mübahisə zəminində bir neçə kənd sakini onları döyüb. Müxtəlif bədən xəsarətləri alan polislər Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı Göygöl Rayon Prokurorluğunda araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh