Keşlə dəmiryolunda qorxulu anlar

Gündəm 21 İyul 2015 13:49 Oxunub 1260
Keşlə dəmiryolunda qorxulu anlar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır

Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub, sərnişinlər təcili evakuasiya ediliblər.

Bu gün səhər saat 7 radələrində Balakəndən Bakıya gələn 656-664/655-663 saylı Bakı-Köçərli-Balakən-Bakı sərnişin qatarı böyük bir faciənin eşiyindən dönüb.

Avtosfer.az xəbər verir ki, hadisə zamanı qatarda olan sərnişin Şahpəri Abbasovanın sputnik-ə verdiyi xəbərə görə, qatar səhər saat 7 radələrində "Keşlə" stansiyası yaxınlığında relsdən çıxıb. Aşma təhlükəsi olan qatarı çətinliklə saxlamaq mümkün olub.Sərnişinlər təcili evakuasiya ediliblər. 

Qatar bələdçiləri hadisəyə maşinistin ehtiyatsızlığının səbəb olduğunu ehtimal ediblər. 

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov Sputnik-ə bildirib ki, hadisə qatarın təkər cütlüyünün relsdən çıxması nəticəsində baş verib. Xoşbəxtlikdən, bədbəxt hadisə baş verməyib. Ölən və xəsarət alan yoxdur. Xəbər hazırlanan vaxt hadisənin nəticələri aradan qaldırılırdı. 

Əzməmmədov bildirib ki, hadisənin nədən baş verdiyi hələlik məlum deyil, araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh