Ukraynada 9 azərbaycanlı saxlanıldı

Gündəm 21 İyul 2015 14:24 Oxunub 1177
Ukraynada 9 azərbaycanlı saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Bütün gecəni qovmuşuq”

Bu gecə Ukraynada separatçı Donetsk regionuna qaçaqmal ət aparan 5 maşın saxlanılıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə öz Facebook səhifəsində hərbi jurnalist və könüllü Rodion Şovkoşitnı bildirib. “İçində 10 tona yaxın ət olan 5 maşın, 9 azərbaycanlı Donetskə gedirdilər, onları orada azərbaycanlı dostları gözləyirdi”, - o yazıb. Könüllünün sözlərinə görə, qaçaqmalçıları Cinayət Məcəlləsinin 332.1-ci maddəsi üzrə 6 il həbs cəzası gözləyir. “Fiskallar (Maliyyə nəzarətçiləri) qeydiyyat aparırlar. Təfərrüatlar bir azdan – bütün gecə qovulan furanın (böyük üstüörtülü yük maşını) yanına uçuruq”, - o, Facebook səhifəsində yazıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh