Azərbaycan benzin istehsalını azaltdı

Gündəm 21 İyul 2015 18:06 Oxunub 1232
Azərbaycan benzin istehsalını azaltdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İyulun 1-nə hazır məhsul ehtiyatı 25 min tondur

2015-ci ilin I yarısında (yanvar-iyun) Azərbaycan 564,7 min ton avtomobil benzini istehsal edib. Bu da 2014-cü ilin analoji dövrü ilə müqayisədə,1,0% azdır. 

Avtosfer.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən məlumatına görə, cari ilin iyulun 1-nə hazır məhsul ehtiyatı isə 25 min ton təşkil edib. 

Bundan başqa, bu ilin 6 ayında Azərbaycan 1 475,2 min ton dizel yanacağı istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7% çoxdur. 

Komitə qeyd edib ki, 2015-ci ilin iyulun 1-nə hazır dizel yanacağı ehtiyatı isə 30 min tondur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh