Yol polisi ilə sərt mübahisə etdi; amma haqsız idi –VİDEO

Xəbərlər 7 İyun 2014 23:33 Oxunub 5504
Yol polisi ilə sərt mübahisə etdi; amma haqsız idi –VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi ilə mübahisə edən sürücü tabe olmadığını özü etiraf edir

Sosial şəbəkələrdə yol polisi əməkdaşı ilə bağlı daha bir qalmaqallı video yayılıb. Görüntü Azərbaycanın rayonlarından birində lentə alınıb. Vətəndaş onu saxlayan yol polisi ilə mübahisə edir. Yol polisinin onun haqda "polisə tabe olmama" maddəsi ilə protokol tərtib etmək istəyir. Vətəndaş isə yol polisi zabitinə etiraz edərək tələb edir ki, protokolda "polisə tabe olmama" sözləri yazılmasın, onun maşını saxladığı, ancaq sənədlərini polisə təqdim etmədiyi əks edilsin. Vətəndaş məqsədinə nail ola bilmədikdə polisin görüntüsünü sosial şəbəkəyə yerləşdirəcəyini deyir: "Səni Youtube"a verib, "zvezda" edəcəm",- deyə vətəndaş polisə bildirir. Yol polisi isə vətəndaşa "əgər mənim protokolu yazmağımdan narazısınızsa, onda yazın", - deyə bildirir.

Avtosfer.az bildirir ki, bu videoda yol polisinin qanunsuz əməlinə rast gəlinmir. Çünki sürücü sadəcə, özünü təmizə çıxarmaq üçün hay-küy salır. Yol isə olduqca təmkinli davranış nümayiş etdirir. Qanunvericiliyə görə, yol polisinin bu sürücü barəsində tabe olmama əməlini inzibati protokolda qeyd etməsi tamamilə doğru yanaşmadır. Yəni, sürücü iddia edir ki, o, yol polisinin göstərişi ilə avtomobili saxlayıb, amma sənədləri verməyib. Bu o deməkdir ki, o özü öz qanunu pozduğunu etiraf edir Yəni, sənədi DYP əməkdaşına təqdim etməməməyin özü də tabe olmamaq sayılır. Aydınlıq üçün bildirək ki, DYP əməkdaşının göstərişi ilə avtomobili saxlamamaq dayanma barədə göstərişi icra etməməkdir. Tabe olmamaq isə polisin qanuni göstərişini icra etməmək, yəni sənəd verməmək, maşından düşməmək və sair.

 

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh