"ABT Sportsline" tüninqində "Audi TTS" - FOTO

Avtodünya 24 İyul 2015 12:52 Oxunub 1898
"ABT Sportsline" tüninqində "Audi TTS" - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Audi TTS” 100 km/saata 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır

Almaniyanın tüninq atelyesi “ABT Sportsline” kupe “Audi TTS”-in təkmilləşdirilmiş versiyasını təqdim edib. Avtosfer.az auto.az-a istinadən verdiyi məlumata görə, avtomobil 2,0-litrlik 4-silindrli benzin turbo mühərrik alıb. Mühərrik optimallaşdırılmış ECU bloku ilə təchiz edilir. Bunun sayəsində o, 370 a.g. və 460 Nm fırlanma anına malikdir.

Avtomobilin dinamik xarakteristikası barədə hələlik məlumat yoxdur, lakin şirkətdən bildiriblər ki, yenilik standart modifikasiyadan cəld olacaq. Adi “Audi TTS” 100 km/saata 4,7 saniyəyə sürətlənir, maksimal sürət isə 250 km/saatdır.

Bundan əlavə, yenilik qabaq spoyler, yeni arxa görünüş güzgüləri, palçıq qoruyucuları, o cümlədən banı üçün bir neçə variantda rəng alıb. Avtomobil 4 borusu olan təkmilləşdirilmiş qazburaxma sistemi, 18- və ya 20-düymlük təkər diskləri ilə təchiz edilir. İdman yaylarından istifadə sayəsində avtomobilin klirensi qabaqdan 35, arxadan isə 30 mm azalıb.

http://www.fins.az/store/1%20%2841%29.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh