Formula-1-in rəhbərindən yarışın Azərbaycanda keçirilməsinə dəstək

Avtodünya 26 İyul 2015 14:41 Oxunub 1860
Formula-1-in rəhbərindən yarışın Azərbaycanda keçirilməsinə dəstək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Frans Tost: «Jurnalistin vizanı necə alacağı onun öz problemidir»

Formula-1 yarışlarında iştirak edən "Torro Rosso" komandasının rəhbəri Frans Tost gələn il Azərbaycanda yarışların keçirilməsi qərarını dəstəkləyib. "Report"un GMANews.com saytına istinadən verdiyi xəbərə görə, bunu Frans Tost bu gün Macarıstanda keçirilən Formula-1 yarışlarının təsnifat mərhələsi öncəsi baş tutan mətbuat konfransında bəyan edib. Jurnalistlərin "Azərbaycanda söz azadlığı və jurnalistlərin yarışların işıqlandırmasına lazımi icazənin verilməməsi" ilə bağlı suala cavabında F.Tost bildirib ki, bu məsələ onu maraqlandırmır və əgər hər hansı bir jurnalistə viza verilmirsə, bunun müəyyən səbəbləri ola bilər: "Biz sadəcə, yarışların keçirildiyi yerə gedirik, vəssalam. Vizanı necə alacağınız isə sizin probleminizdir".

Komandanın rəhbəri vurğulayıb ki, idman siyasətdən uzaq olmalıdır: "Biz ölkəyə siyasi səbəblərə görə getmirik. Əgər bu, belə olsaydı, mən təsəvvür etmirəm ki, biz hardasa yarışa bilərdik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh