Gecə reydində 50 sürücü cərimələndi – Aralarında qadınlar da var - FOTO

Qaydalar 27 İyul 2015 22:12 Oxunub 2460
Gecə reydində 50 sürücü cərimələndi – Aralarında qadınlar da var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin göstərişinə tabe olmayaraq qaçmağa çalışan 8 sürücü saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları paytaxtda kütləvi reydlərə başlayıb. Ötən həftənin şənbə günü baş tutan reyd sərxoş sürücüləri müəyyən etməyə və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı yönəlib. Bir gecə ərzində Bakıda sərxoş vəziyyətdə avtomobil idarə edən 30-dan artıq sürücü saxlanılıb. Digər 2 sürücü isə avtoxuliqanlıq etdiyi üçün məsuliyyətə cəlb edilib. Bundan əlavə, yol polisinin göstərişinə tabe olmayaraq qaçmağa çalışan 8 sürücünün də saxlanılması təmin olunub. Onların hər biri barəsində qanuni tədbirlər görülüb.

Bir gecə ərzində keçirilən reydlər zamanı ümumilikdə kobud qayda pozuntularına yol verən 50-yə yaxın sürücü cərimələnib. Onların arasında qadın sürücülərə də rast gəlinib.

Reydlərin əsas məqsədi yol hərəkəti qaydalarının cəmiyyət arasında təbliğini yüksəltmək və kobud qayda pozuntularına yol verən sürücülərə qarşı mübariz aparmaqdır.

Sərxoş vəziyyətdə sükan arxasında saxlanilan sürücülərdən biri Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində müəyyən edilib. «Lada - Rriora» markalı avtomaşının sürücüsü əvvəlcə yol polislərinə sənədlərini təqdim etməkdən yayınsa da, sonradan qanunlara tabe oldu. Reyd zamanı həmçinin avtomobillin yan şüşələrini plyonka ilə bağlayan, kostruksiya dəyişikliyi edən sürücülər də yol polisləri tərəfindən saxlanılaraq cərimələniblər.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh