Rayon avtomobilləri cərimələnəcək? - VİDEO

Qaydalar 30 İyul 2015 01:43 Oxunub 2658
Rayon avtomobilləri cərimələnəcək? - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bununla bağlı yekun qərar verəcək

Rayon qeydiyyatli avtomobillərin paytaxta girib-girməyəcəyi ilə bağlı artıq qərar verilib. Məlumatı olmayanlar üçün qeyd edək ki, rayonlardan gələn avtomobillərin şəhərə girişində müəyyən məhdudiyyətlər olacaq. Belə bir sual yarana bilər ki, bəs icazə verilən vaxt şəhərə girib qalan rayon qeydiyyatli avtomobillər şəhər mərkəzində gündüz vaxtı aşkarlandıqda necə olacaq? Həmin avtomobillərin sürücüləri cərimələnəcək, yoxsa şəhərdən çıxarılacaq?

Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulacaq. Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən, maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin paytaxta girişi mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək, oktyabrın 1-dən mayın 1-dək isə səhər saat 07:00-dan axşam saat 21:00-dək məhdudlaşdırılacaq. Bu məhdudiyyət rayon qeydiyyatlı minik avtomobillərinə də şamil ediləcək.

Belə olduqda bir sual yaranır. Əgər həmin sürücü məhdudiyyətdən sonra şəhərə gəlib, qohumunun evində qalıb səhər rahat şəkildə şəhərdə şəxsi minik avtomobili ilə hərəkət edəcəksə bu da əlavə tıxac   yaratmayacaqkı? Sözsüz ki, rayonlardan gələn bir çox sürücü də məhz bu addımı atacaq.

Bəs belə olduğu halda yol polisi nə edəcək? Aşkar edilən sürücüləri bir-bir şəhərdən çıxarmağın mümkünsüz olduğunu nəzəra alsaq, çıxış yolu kimi yalnız həmin sürücüləri cərimələmək qalır. Qanunvericilikdə necə, bu, mümkündürmu ?

Məslə ilə bağlı sürücülərin də fikirlərini öyrəndik. Onlar belə olduğu halda şəhərdə tıxacın azalmasını düşünmürlər.

İndi xüsusən də rayonlardan gələn sürücüləri düşündürən məsələ onların belə odluğu halda cərimələnib cərmələnməyəcəyi ilə bağlıdır. Baş Dövlət Yol polis idarəsinin ictimayətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin verdiyi məlumata görə, yaxın vaxtlarda Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası bu məsələ ilə bağlı yekun qərar verəcək. Qərar necə olacaqsa, yol polisi də buna uyğun addım atacaq.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh