Rəqsanənin qızı ona alınan maşını qaytardı – FOTOLAR

Avtodünya 3 Avqust 2015 15:49 Oxunub 7198
Rəqsanənin qızı ona alınan maşını qaytardı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aysun: «Anamdan mənə Türkiyədə maşın almasını istəmişəm»

Müğənni Rəqsanə İsmayılovanın modelyer qızı Aysun anasının ad günündə ona bağışladığı avtomobilin aqibətindən danışıb. Avtosfer.az axşam.az-a istinadən xəbər verir ki, Aysun maşını qaytardığını bildirib: “Onsuz Bakıda yaşamıram. Uzun müddətdir ki, Türkiyədə qalıram. Anam pulları əziyyətlə qazanır. Niyə boş yerə maşın alıb, həyətdə qoyum ki? Qaytardım. Evdə iki avtomobil var. Bakıya gələndə ondan istifadə edirəm. Amma anamdan mənə Türkiyədə maşın almasını istəmişəm”.

A.İsmayılova qardaş ölkədəki işlərindən də bəhs edib. O, Türkiyədə reklam təklifi aldığını bildirib: “Geyim, kosmetik vasitələrin reklamına çəkilmək təklifi almışam. Qonorar qane etsə, razılaşaram. Mənim orada prodüserim var. Heç bir qiymətə qarışmıram, necə istəyir edir. Bir serial təklifi almışdım, həftəyə 20 min avro verirdilər. Amma elə oldu ki, müqavilədəki bəzi şərtlərə görə razılaşmadıq. Çox əziyyətli işdir. Hamı bunun öhdəsindən asanlıqla gələ bilməz”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh