Ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var – Ara məsafəsi saxlayın

Yazarlar 3 Avqust 2015 17:40 Oxunub 7217
Ağır qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var – Ara məsafəsi saxlayın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qızmar yay günlərində yollarda hərəkəti təhlükəli edən daha bir səbəb ilişmənin pisləşməsidir

«Sürücü dostlar, belə hərarətdə doğrudan da, diqqətli olmalısınız. Belə istidə normal işləyən kondisioneri olmayan avtomobillə yola çıxmaq əsl təhlükədir. Pəncərəni açıq qoyub sürmək də sizi aldatmasın». Avtosfer.az xəbər verir ki, bu fikirləri yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlayıb. O bildirib ki, belə qızmar havada ən çox qızan yol örtüyüdür, ona görə də açıq pəncərədən icəri yalnız isti və quru hava daxil olur. Nəticədə insan orqanizmi rütubəti (suyu) daha çox və sürətlə itirir, həm də qızmar hava axını bədən temperaturunu saxlamağı xeyli çətinləşdirir. Qısa müddətə yorğunluq əmələ gəlir, reaksiyalar zəifləyir. Bu isə faciəli qəzalara səbəb ola bilər. Ona görə də kondisionersiz avtomobillə günün isti vaxtı (11.00-19.00 aralığı) yarım saatdan artıq davam edən səyahət təhlükəli ola bilər: «Unutmayın, son günlər ölkə yollarındakı ağıq qəzaların kəskin istilərlə birbaşa əlaqəsi var».

Bundan əlavə, qızmar yay günlərində yollarda hərəkəti təhlükəli edən daha bir səbəb ilişmənin pisləşməsidir. Bunun nəticəsində tormozlanma çətinləşir, yəni tormoz məsafəsi artır. Məlumdur ki, asfalt və ya asfalt-beton yol belə havada 70-80 (bəzən daha çox) dərəcə selsi qıza bilər. Bu səbəbdən asfaltın tərkibindəki bitum cüzi də olsa üzə çixmaqla sürüşkən təbəqə yarada bilər. Bu isə ilişmənin əhəmiyyətli dərəcədə pisləşməsi deməkdir. Belə qızmar havada təkərlərin özləri də daha çox qızır. Düzdür, sanballı istehsalçılar bunu nəzərə alırlar, amma yenə də təkərin özünün qızması da ilişməni pisləşdirir.

Ona görə də qızmar havada, xüsusən bitumu görünən, yaxud təzə çəkilmiş (qap-qara rəngdə olan) yollarda ehtiyatlı olun, ara məsafəsini daha artıq saxlayın, habelə yüksək sürətdən və sərt manevrlərdən çəkinin.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh