Sol zolaqdan sağa dönmək istədi, bu mənzərə yarandı - FOTOLAR

Qəzalar 4 Avqust 2015 00:34 Oxunub 2147
Sol zolaqdan sağa dönmək istədi, bu mənzərə yarandı - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bakıda yol qəzası baş verib, xəsarət alan var – parka ziyan dəyib

Bakıda yol qəzası baş verib, qəzaya uğrayan maşınlardan biri aşıb. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Yusif Səfərov küçəsində qeydə alınıb. Cavanşir körpüsü istiqamətində hərəkətdə olan və Yusif Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı avtomobil eyni istiqamətdə hərəkət edən və Toğrul Orucluya məxsus «KİA» markalı maşına çırpılıb. Bundan sonra Yusif Məmmədzadə idarəetməni itirib, avtomobil yoldan çıxaraq, Şah İsmayıl Xətai heykəlinin ətrafındakı parka aşıb.

Aşan "Mercedes"in sürücüsü Yusif Məmmədzadə yüngül xəsarət alıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası sürücüyə yerində yardım göstərib. Avtomobildəki iki sərnişin və digər avtomobilin sürücüsü xəsarət almayıblar. Avtomobillərlə yanaşı, Xətai parkına da ziyan dəyib.

Xətai Rayon Polis İdarəsi və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerində müayinələr aparıblar. İlkin ehtimala görə, qəzaya «KİA» markalı avtomobilin sürücüsü Toğrul Oruclunun manevr qaydalarını pozması səbəb olub. Belə ki, o, Yusif Səfərov küçəsinin sol hərəkət zolağından sağa - Mehdi Mehdizadə küçəsinə dönmək istəyib. Nəticədə «KİA» sağ hərəkət zolağı ilə hərəkət edən "Mercedes"ə çırpılıb. "Mercedes"in sürücüsü Yusif Məmmədzadənin də sürət həddinə əməl etmədiyi ehtimal olunur.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh