Evakuator özündən böyük avtobusu da apardı – FOTO

Avtoxəbər 9 İyun 2014 18:04 Oxunub 2046
Evakuator özündən böyük avtobusu da apardı – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yükdaşıma qaydalarını pozan evakuator 20 manat üçün insanların əmlkaını təhlükə qarşısında qoyur

Azərbaycanda avtomobillərin evakuasiyası ilə bağlı ciddi problemlər mövcuddur. Evakuasiya işinə cəlb olunanların təcrübəsizliyi bəzən avtomobil sahiblərinin əmlakına ziyan vurulması ilə nəticələnir. Dəfələrlə rastlaşmışıq ki, evakuasiya olunan avtomobil evakuatordan düşüb və ya avtomobilin hansısı hissəsinə zərər dəyib. Çünki ya evakuasiya prosesi düzgün həyata keçirilmir, ya da evakuator özündən böyük avtomobilləri daşımaq istəyir. Çünki ortada 20 manat pul var.

Bu fotodakı mənzərə də ürəkaçan deyil. Tural Rüstəmli adlı oxucumuzun Avtosfer.az saytına göndərdiyi foto iyunun 8-də Bakı-İsmayıllı yolunda çəkilib. Fotodan da görünür ki, evakuator özündən böyük avtobusu daşıyır. Hansı ki, burada həm yükdaşıma qaydaları pozulur, həm də iki avtomobilin hündürlüyü müvafiq qaydaların pozulduğunu göstərir. Üstəlik, fotodan o da aydın olur ki, evakuator yoxuşu üzü yuxarı qalxır. Bu da təhlükə deməkdir. Burada həm də yük icazə verilən maksimum kütlədən artıqdır. Yüklərin oxlar üzrə paylanması qaydaları da pozulur. Hər iki avtomobilin birlikdə hündürlüyü 4 metrdən artıqdırsa, bunu böyük təhlükə saymaq olar. Bütün hallarda, evakuatorlar 20 manatdan ötəri insanların əmlkaını və həyatını təhlükə qarşısında qoymamalıdırlar. Hər halda, DYP bu prosesi qanun çərçivəsində tənzimləməlidir.

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh