Oğul atasının avtomobilini qaçırdı

Avtodünya 6 Avqust 2015 12:03 Oxunub 1792
Oğul atasının avtomobilini qaçırdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polislər avtomobili tapıb

Bakıda oğul atasının avtomobilini qaçırıb. “Report”un xəbərinə görə, hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini Akif Rzayev “VAZ 2107” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat verib. Dərhal maşının axtarışlarına başlayan polislər zərərçəkənin nəqliyyat vasitəsinin yerini müəyyənləşdirə biliblər. A.Rzayevin avtomobili Tbilisi prospektində polislər tərəfindən saxlanılıb. Araşdırma zamanı avtomobilin sürücünün oğlu - 26 yaşlı Elçin Rzayev tərəfindən qaçırıldığı məlum olub. Ata isə avtomobilin məhz oğlu tərəfindən qaçırıldığından xəbərsiz olduğundan, bu barədə polisə xəbər verib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh