Bizim çala-çökək yollara bu texnikadan lazımdır - VİDEO

Maraqlı 22 Avqust 2015 10:39 Oxunub 1627
Bizim çala-çökək yollara bu texnikadan lazımdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat Nazirliyi traktorla çala-çökəyə asfalt səpməkdənsə bu texnikanın işini daha yüksək qiymətləndirə bilər

Yəqin ki, rayonlara gedənlər yollarımızda qəribə mənzərə ilə rastlaşıblar. Qoşqulu traktor asta-asta hərəkət edir, bir nəfər də əlində lapatka traktorun üstündən çala-çökək yollara asfalt atır. Yəni, yollarımızdakı çala-çökəyi az qala ibtidai icma quruluşundakı üsullarla doldururlar. Az sonra maşınlar həmin bir lapatka asfaltın üstündən ora-bura keçir və təkərlərə ilişən asfalt yox olur. Erttəsi gün eyni proses davam edir. Beləliklə, Nəqliyyat Nazirliyinin bitməz serialı sona çatmır. 

Avtosfer.az-ın təqdim etdiyi bu videodakı ideal texnika bizim yollarımız üçün ideal vasitədir. Yəqin ki, Nəqliyyat Nazirliyi traktorla çala-çökəyə asfalt səpməkdənsə bu texnikanın işini daha yüksək qiymətləndirəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh