Bu nişanlar nəyi ifadə edir? – DOĞRU CAVAB

Yarışma 11 Avqust 2015 09:11 Oxunub 2586
Bu nişanlar nəyi ifadə edir? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və ilk doğru cavabı verən şəxsin kimliyini təqdim edir. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanlarının tələbi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu nişanlar nəyi ifadə edir?

A) 50 km/saat-dan yüksək sürətlə hərəkət etmək üçün bu yolun yalnız sol (ikinci) hərəkət zolağı ilə hərəkət etmək lazımdır;

B) Bu yolda icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır;

C) Bu yolun sol (ikinci) hərəkət zolağında icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır.

Sualın doğru cavabı belədir:

Şəkildə 4.7 “Minimum sürətin məhdudlaşdırılması” nişanı 7.14 “Hərəkət zolağı” lövhəciyi ilə birgə tətbiq edilib. Həmin nişanlar yolun ikinci (soldakı) hərəkət zolağı üzərindən asılib və deməli, onların qüvvəsi yalnız bu zolağa aiddir. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq:  Bu yolun sol (ikinci) hərəkət zolağında icazə verilən minimal hərəkət sürəti 50 km/saat-dır. Sualın ilk doğru cavabını Murad Əzizov adlı oxucumuz verib. Onu təbrik edirik!

 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh