Sığortalı maşınların təmiri ilə bağlı mübahisələrə son qoyulacaq

Xəbərlər 10 İyun 2014 12:59 Oxunub 2054
Sığortalı maşınların təmiri ilə bağlı mübahisələrə son qoyulacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təmir üçün seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində əksini tapacaq

Azərbaycanda sığorta şirkətləri ilə avtomobil sahibi (mülkiyyətində avtomobil olan, yaxud avtomobilə digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və s.) sahiblik edən şəxs) arasında qəza nəticəsində zərər dəymiş avtomobilin təmiri ilə bağlı mübahisələr son qoyulacaq.

APA-nın verdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən hazırlanan “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydaları” layihəsinə əsasən avtonəqliyyat vasitələrinin və avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası üzrə zərər dəyən avtomobilin təmir edilməsi üçün təmir emalatxanasını (servis mərkəzi və s.) təyin etməklə bağlı seçim hüququnun sığortaçıya və ya sığorta olunana aid edilməsi sığorta müqaviləsində müəyyən ediləcək.

Qeyd edək ki, indiyə qədər Azərbaycanda təmir emalatxanasının seçilməsi ilə bağlı sığorta şirkətləri və avtomobil sahibləri arasında ciddi mübahisələr yaşanırdı. Avtomobil sahiblərinin əksəriyyəti avtomobillərinin özlərinin etimad göstərdikləri təmir emalatxanalarında təmirini tələb etsə də,  sığorta şirkətləri bir çox hallarda zərər dəymiş avtomobilin şirkət tərəfindən seçilən təmir emalatxanasında təmir etdirilməsinə üstünlük verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh