DİN deputat köməkçisinin ölümü ilə bağlı məlumat yaydı

Gündəm 12 Avqust 2015 13:36 Oxunub 1155
DİN deputat köməkçisinin ölümü ilə bağlı məlumat yaydı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza Salyan rayonunda baş verib

Daxili İşlər Nazirliyi deputat Fəzail Ağamalının köməkçisinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Avtosfer.az nazirliyin saytına istinadən verdiyi məlumata görə, avqustun 11-də saat 11 radələrində Salyan rayonunun Xıdırlı kəndində Neftçala rayon sakinləri Əli Rəsulovun idarə etdiyi “QAZ-3302” (yük) və Ulduz Sadıqovun idarə etdiyi “Opel” markalı avtomobillər toqquşub.

Nəticədə U.Sadıqovun sərnişinlərindən Həsənbala Həsənov hadisə yerində ölüb, digər 2 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, qəzada dünyasını dəyişən H.Həsənov deputat F.Ağamalının köməkçisi olub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh