Dəhşətli qəzada ölən motosikletçinin görüntüləri – FOTO

Gündəm 12 Avqust 2015 14:03 Oxunub 2059
Dəhşətli qəzada ölən motosikletçinin görüntüləri – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Motosikletçi qəza zamanı hadisə yerindəcə keçinib 

Avqustun 12-nə keçən gecə Bakının Xətai rayonu ərazisində, Xocalı prospektində qəzaya düşən motosikletçinin şəxsiyyəti müəyyənləşib. Lent.az xəbər verir ki, yük maşınına çırpılan "Zontes" markalı motosikletin 22 avqust 1991-ci il təvəllüdlü Nadir Köçərli olması məlum olub. N.Köçərlinin motosikleti ilə çəkdirdiyi bəzi fotoları təqdim edirik. 

***

 

Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı qəzaya düşərək dünyasını dəyişib. Qurumdan verilən məlumata görə, dünyasını dəyişən şəxs 24 yaşlı Nadir Köçərlidir. Televiziyanın quruluş rekvizit sexinin quruluşçu dekoratoru vəzifəsində çalışan N.Köçərli Xətai rayonunda şəxsi motosikleti ilə qəzaya düşüb. Gənc dekorator hadisə yerindəcə dünyasını dəyişib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh