Qadını vurub qaçan sürücü tutulub

Gündəm 12 Avqust 2015 14:18 Oxunub 1123
Qadını vurub qaçan sürücü tutulub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalar davam etdirilir

Bakıda qadını avtomobillə vuraraq qaçan sürücü tutulub. Avtosfer.az xəbər verir ki , bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nərimanov Rayon Polis İdarəsinin (RPİ) 18-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə avqustun 10-da Dilruba Həşimovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobilin sürücüsü - Xaçmaz rayon sakini Samir Kərimov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh