Metroya su axını təhlükəlidirmi? – FOTO

Gündəm 12 Avqust 2015 14:58 Oxunub 1223
Metroya su axını təhlükəlidirmi?  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Metropolitendə su axıntısının artıb-azalması hər zaman gözlənilən haldır»

Bakı Metropoliteninin mətbuat katibi Nəsimi Paşayev dünən "Sahil" stansiyasında yaşanan problemin yenidən təkrar oluna bilməsi haqda danışıb.

Avtosfer.az xəbər verir ki, bu barədə N.Paşayev qafqazinfo-ya açıqlamasında bildirib ki, bu halın təkrarlanması gözləniləndir: "Metropolitendə su axıntısının artıb-azalması hər zaman gözlənilən haldır. Stansiyalarda olarkən özünüz də görürsünüz ki, su axıntısı var. Bizim 24 saat ərzində nasoslarımız və mütəxəssislərimiz işləyirlər. Dünən "Sahil" stansiyasının yaxınlığında suyun miqdarında artma müşahidə olundu.

Hər hansı bir xoşagəlməz hadisənin baş verməsinin qarşısını almaq üçün biz o istiqamətdə hərəkəti dayandırdıq. Gərginliyi ayırdıq, stansiyadan bütün insanları çıxartdıq, qatarların hamısı tuneldən çıxdı, ondan sonra bizim mütəxəssislər həmin mənbəni tapıb su axıntısının qarşısını aldılar. Təxminən 1 saat 20 dəqiqədən sonra hərəkət bərpa olundu".

Qeyd edək ki, dünən günorta saatlarında "Həzi Aslanov" - "İçərişəhər" istiqamətində hərəkət edən qatarlar "Nizami" stansiyasından geri qayıdırdı. Buna səbəb isə tuneldə yaranan problem idi.

http://img.milli.az/2015/08/12/362368_1.jpghttp://img.milli.az/2015/08/12/362368_2.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh