21 yaşlı qızı "KAMAZ" vurdu

Qəzalar 12 Avqust 2015 15:02 Oxunub 1412
21 yaşlı qızı "KAMAZ" vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vəziyyəti ağır olan xanım hazırda əməliyyat olunur

Göygöl rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, Göygöl rayon Polis İdarəsindən anspress-ə verilən məlumata görə, Astara rayon Səncərli kənd sakini 1994-cü il təvəllüdlü Aytac Sirac qızı Abdullayeva yolu keçərkən Göygöl rayon sakini Binəli adlı şəxsin idarə etdiyi 25- BS- 528 dövlət nömrə nişanlı “KAMAZ” markalı yük avtomobili tərəfindən vurulub.

Xəstəni dərhal Gəncə şəhər Təcili Yardım Xəstəxanasına çatdırıblar.

Xəstəxanadan verilən məlumata görə, qapalı kəllə-beyin travması alan və dalağı parçalanan Aytac Abdullayevanınüzərində hazırda cərrahiyyə əməliyyatı aparılır.

Faktla bağlı Göygöl rayon Polis İdarəsində araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh