“Oskar”lı rejissor 160 milyona yaxta alır - FOTO

Gündəm 12 Avqust 2015 16:12 Oxunub 1295
“Oskar”lı rejissor 160 milyona yaxta alır  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
91 metr uzunluğunda

Dünyaca məşhur “Oskar”lı rejissor Steven Spielberg 120 milyon sterlinq dəyəri və 80 metr uzunluğundakı lüks yaxtası “Seven Seas”i “çox kiçik” olduğu səbəbindən satışa çıxarıb.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Nuvolari Lenard tərəfindən hazırlanan və Hollandiyanın “Oceanco” şirkəti tərəfindən istehsal edilən “Seven Seas”də iri hovuz, film salonu, 12 qonağın yerləşə biləcəyi yeddi lüks otaq, bir vertolyot sahəsi, idman salonu və spa yerləşir.

Hal-hazırda yaxtasını həftədə 1.2 milyon dollara kirayəyə verən Spielberg, 2013-ci ildə arvadı və yeddi uşağı ilə birlikdə bu yaxta ilə uzunmüddətli dünya turuna çıxmış və Şanxaydan Havay adalarınadək məşhur filmlərini çəkdiyi məkanları ziyarət etmişdi.

Spielberg-in bu səfərdən böyük həzz aldığı və bu səbədən dostları və ailəsi ilə buna bənzər gəzintilərə çıxa bilmək üçün yeni yaxta hazırlatdırmaq qərarına gəldiyi deyilir. Belək ki, ABŞ-lı rejissor 91 metr uzunluğu, 160 milyon sterlinqə yeni yaxta sifariş verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh