Bakıda polis zabiti 3 maşını əzdi

Yol polisi 12 Avqust 2015 16:38 Oxunub 1607
Bakıda polis zabiti 3 maşını əzdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis əməkdaşı xəstəxanaya yerləşdirilib

Bakıda polis zabiti ağır qəza törədib. Lent.az-ın məlumatına görə, Yasamal rayonu Hüseyn Cavid prospekti 77 ünvanının qarşısında 1990-cı il təvəllüdlü Əlizadə Əşrəf Vidadi oğlunun idarə etdiyi "Toyota Prado" əvvəlcə Vaqif Əliyevin sürdüyü "Mercedes"ə, daha sonra isə Eldəniz Musayevin idarə etdiyi digər avtomobilə çırpılıb.Nəticədə hər 3 avtomobil əzilib. Sürücülərdən 25 yaşlı Ə.Əlizadə xəsarətlə Kliniki Tibbi Mərkəzə gətirilib.

 Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, qəzada yaralanan 25 yaşlı Ə.Əlizadə Yasamal RPİ, 29-cu polis bölməsinin sahə müvəkkili, polis zabitidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh