Avtomobil həvəskarları daha çox xərcə düşəcək

Avtodünya 13 Avqust 2015 17:12 Oxunub 3340
Avtomobil həvəskarları daha çox xərcə düşəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xaricdən gətirilən və ölkədə istehsal olunan bütün ehtiyyat hissələri sertifikatlaşdırılmalıdır

“Avtomobil nəqliyyatı haqqında” qanunun gətirdiyi başqa bir yenilik ölkəmizdə dövriyyədə olan avtomobillər üçün ehtiyyat hissələrinin sertifikatlaşdırılması ilə bağlıdır. Qanunun tətbiqi barədə Prezident fərmanında birmənalı olaraq tapşırıq verilir ki, ölkəmizdə bütün ehtiyyat hissələrinin məcburi sertifikatlaşdırılması həyata keçirilsin. Bu o deməkdir ki, xaricdən gətirilən və ölkədə istehsal olunan bütün ehtiyyat hissələri sertifikatlaşdırılmalıdır. Əks təqdirdə onlar dövriyyədən çıxarılacaq. Bu yenilik ölkəmizdə nəqliyyat parkının sazlığını təmin etməyə, keyfiyyətli texniki xidmət göstərilməsinə, nəticədə yol hərəkəti təhlükəsizliyinin artırılmasına yönəlib. Lakin məcburi sertifikatlaşdırmanın da bazara təsirsiz ötüşməyəcəyi aydındır. Ona görə də avtomobil həvəskarlarının daha çox pul xərcləyəcəkləri gözləniləndir. 

 

Ərşad Hüseynov

ŞƏRH YAZ
Ad

E-mail

Şərh