Toya gedən gənci restoranın qarşısında maşın vurdu

Qaydalar 17 Avqust 2015 00:18 Oxunub 1853
Toya gedən gənci restoranın qarşısında maşın vurdu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda yaralının vəziyyəti orta ağırdır

Bərdədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "report"a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində "Günəş" şadlıq sarayının qarşısında qeydə alınıb. Rayonun Güloğlular kənd sakini 1998-ci il təvəllüdlü Şirinov Ramin Rüfət oğlu yolu keçmək istəyərkən "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub.

Hadisə şahidlərinin sözlərinə görə, 17 yaşlı gənc toya gedirmiş. Ağır bədən xəsarəti alan gənc qəzadan sonra ətrafda olan insanların köməkliyi ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumta görə, Reanimasiya şöbəsində olan yaralının vəziyyəti orta ağırdır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh