Bu nişandan sonra hərəkəti hansı sürətlə davam etmək olar? – DOĞRU CAVAB

Yarışma 17 Avqust 2015 13:53 Oxunub 2205
Bu nişandan sonra hərəkəti hansı sürətlə davam etmək olar? – DOĞRU CAVAB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının cavabını və ilk doğru cavab vermiş şəxsin kimliyini açıqlayır. Sualımız yolda müəyyən edilən sürət rejimi ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkəti hansı sürətlə davam edə bilər?

A) 60 km/saat-dan yüksək olmayan sürətlə;

B) 20 km/saat-dan yüksək olmayan sürətlə;

C) Bu nişandan əvvəl hərəkət etdiyi sürətlə.

Sualın doğru cavabı belədir: Şəkildə 5.51 “Yaşayış zonası” nişanı görünür. “Yol hərəkəti haqqında” Qanunun 45-ci maddəsinin 2-ci hissəsinə əsasən, yaşayış zonasında saatda 20 kilometrdən artıq sürətlə hərəkət etmək, qadağandır. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq:  Minik avtomobilinin sürücüsü bu nişandan sonra hərəkətini 20 km/saat-dan yüksək olmayan sürətlə davam etdirə bilər. Sualın ilk doğru cavabını Namiq Muradov adlı oxucumuz verib. Onu təbrik edirik.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh