Bu avtomobili azərbaycanlı gənc dizayn edib - FOTOLAR

Avtodünya 18 Avqust 2015 13:03 Oxunub 4026
Bu avtomobili azərbaycanlı gənc dizayn edib - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Azərbaycanlı dizaynerin ilk avtomobilini məşhur musiqiçi aldı

Məşhur musiqiçi Kris Braun Azərbaycandan olan dizaynerin işləyib hazırladığı ekzotik rodsterin ilk alıcısı olub. Kuzovu karbondan ibarət olan və həddən artıq yüngül avtomobil sayılan “Rezvani Beast” (“Vəhşi”) avtomobili məşhur “Ariel Atom 3” üzərində qurulub. Rodsterin maksimal sürət həddi saatda 265 km olaraq müəyyənləşdirilib. K.Braun bu avtomobili almaqla əslən İrandan olan və hazırda Kaliforniya ştatında yaşayan azərbaycanlı dizayner Ferri Rizvaninin şirkətini dəstəkləmiş olub. “Beast” uğurlu dizayna görə bu sportkarın cizgilərini hələ 2013-cü ildə çəkmiş Samir Sadıqova minnətdar olmalıdır. “Rezvani Beast”ın satışı bu ilin yayından başlayıb. Start qiyməti 165 min dollardır. Lakin K.Braun maşını daha tez hazırlamaq və 1 nömrəli müştəri olmaq üçün dizaynerə 35 min dollar da əlavə pul ödəyib. Digər müştərilər isə sifariş etdikləri avtomobilə qovuşmaq üçün 12-14 həftə gözləməlidir/virtualaz.org/.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh