Qatarla avtobusun toqquşmasının videosu yayıldı – VİDEO - FOTO

Avtoxəbər 11 İyun 2014 12:22 Oxunub 2612
Qatarla avtobusun toqquşmasının videosu yayıldı – VİDEO - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü qatarın yaxınlaşdığını görə-görə relsin üstünə çıxdı: 5 nəfər öldü, 12 yaralı var

Rusiyanın Saxalin vilayətinin Qastello məntəqəsində dəmir yol keçidində yol-nəqliyyat hadisəsində həlak olanların kimliyi məlum olub. Anspress-in məlumatına görə, hadisə zamanı sərnişin avtobusu lokomotivlə toqquşub. Qorxunc qəza zamanı beş nəfər həlak olub, 12 nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzanın qurbanları arasında on yaşlı qız uşağı da var. İlkin məlumatlara görə, qəzanın gunahkarı sərnişin avtobusunun sürücüsü olub. Sürücü pis görünüşə və dumana görə manevrin təhlükəsizliyindən əmin olmayıb. Zərər çəkmişlərin sözlərinə görə, avtobus sürücüsü qadağan edən siqnal zamanı keçməyə qərar verib. Müstəntiqlər bu versiyanı yoxlayırlar. Sürücü qəza zamanı sağ qalsa da onun günahı səbəbindən 5 nəfər həyatını itirib. Müstəntiqlər sağ qalmış sərnişinləri sorğu-sual edirlər. Rusiya mətbuatı hadisə zamanı çəkilmiş video görüntünü yayıb. Poronaysk-Cənub-Saxalinsk marşrutu ilə hərəkət edən avtobusda 30 sərnişin olub.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh