Sumqayıtda su axıdıcılarının üstünü niyə asfaltladılar? - FOTO

Maraqlı 19 Avqust 2015 15:39 Oxunub 1638
Sumqayıtda su axıdıcılarının üstünü niyə asfaltladılar?  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Kanalizasiya qapaqlarının örtülməsi may ayında keçirilən Tour d'Azerbaijan velosiped yarışları ilə əlaqədardır"

Sumqayıtın bəzi küçələrində yağış sularını sormaq üçün nəzərdə tutulan kanalizasiya qapaqlarının üstü asfaltla örtülüb. Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, belə mənzərəni şəhərin Üzeyir Hacıbəyov küçəsində müşahidə etmək olur.

Yağışlar mövsümünə az zaman qaldığını nəzərə alsaq, məsələnin ciddiliyini görmək olar. Bu su axıdıcıları yollardakı yağış sularını sorduğu üçün şəhərin küçələrində gölməçələr olmur. Ancaq axıdıcıların qapaqlarının örtülməsi ciddi problemlərə yol aça bilər.

Məsələyə aydınlıq gətirmək üçün Sumqayıt Şəhəri Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevlə əlaqə saxladıq. O bildirdi ki, kanalizasiya qapaqlarının örtülməsi may ayında keçirilən Tour d'Azerbaijan velosiped yarışları ilə əlaqədardır.

"Velosiped yarışlarının bir marşrutu da Sumqayıt ərazisinə düşürdü. Su axıdıcılarının qapaqları velosipedçilər üçün problem yaratmasın deyə müvəqqəti olaraq örtülüb. Yağışlar mövsümü başlanana qədər bütün kanalizasiya qapaqlarının üstü açılacaq", - deyə o bildirib.

Abid Əliyev onu da qeyd edib ki, şəhərin yağışlar mövsümünə hazır olması üçün işlər görülür. Bütün mövcud kanalizasiya xətləri, o cümlədən Acıdərə kanalı təmizlənir. Yağışlar mövsümü başlananadək yağış sularını sormaq üçün olan bütün kanalizasiya xətləri hazır vəziyyətə gətiriləcək.

http://img.milli.az/2015/08/19/363701_3.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh