300 ton qızıl daşıyan qatar tapıldı

Maraqlı 20 Avqust 2015 12:27 Oxunub 1794
300 ton qızıl daşıyan qatar tapıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Zirehli qatarın hazırda Ksenj qalasından 3 kilometr aralıdakı Valbjix qəsəbəsində olduğu deyilir

İkinci Dünya Müharibəsi illərində alman nasistlərinə məxsus olan, Polşada yoxa çıxan zirehli qatar tapılıb. Qatarın yükü qızıl, daş-qaş və silah idi.

Avtosfer.az european-a istinadən bildirir ki, qatar 1945-ci ildə, sovet qoşunları amansız döyüşlərlə Polşanın paytaxtı Varşavaya yaxınlaşanda Vroslav şəhərinin yaxınlığında, Ksiaz qalasının ətrafında yoxa çıxmışdı.

Polşanın cənub-qərbindəki hüquq şirkətlərindən birinin bəyanatına görə, iki şəxs onlara müraciət edərək qatarı tapdıqlarını deyib.

Onlar qatardakı yükün 10 faizini istəyirər. 

Zirehli qatarın hazırda Ksenj qalasından 3 kilometr aralıdakı Valbjix qəsəbəsində olduğu deyilir.

Valbjix şəhər meriyasının yetkilisi Marika Tokarskanın dediyinə görə, hazırda hərbçilər, polislər, vəkillər bu işlə məşğuldurlar. Yerli sakinlərin dediklərinə görə, alman nasistləri 1945-ci ilin mayında o vaxtkı Breslau, indiki Vroslav şəhərini tərk etməzdən əvvəl qızıl və daş-qaşı zirehli qatara yukləmişdilər. Qatar Ksenj qalasının yaxınlığındakı tunelə girib, daha sonra onu görən olmayıb. Walbrzych24.com-un yaydığı xəbərə görə, qatarı tapdıqlarını deyən iki şəxsdən biri Almaniya, digəri Polşa vətəndaşıdır.

Wiadomosci Walbrzyskie saytı zirehli qatarın uzunluğunun 150 metr olduğunu iddia edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh