Bakıda yolları rəngləməyə başladılar – FOTOLAR

Qaydalar 20 Avqust 2015 16:03 Oxunub 1985
Bakıda yolları rəngləməyə başladılar – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Vaqif Əsədov: «Dərs ilinin başlanması ilə əlaqədar bütün yollarda piyada keçidləri və digər xətlər yenidən rənglənəcək»

Yeni dərs ilinin başlanması ərəfəsində Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin əməkdaşları paytaxt ərazisində piyada keçidlərinin rəngləməyə başlayıb. Bu gün Yasamal rayonu, Nazim Hikmət küçəsində rəngləmə işinə start verilib.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, vətəndaşların müraciəti nəzərə alınaraq keçidlərin rənglənməsinə başlanılıb. Belə ki, yaxınlıqda orta məktəb var və buna görə də zebraların rənglənməsi işi həyata keçirilir. Bundan əlavə, parka gəlib-gedənlərin də təhlükəsizliyi nəzərə alınıb.

Vaqif Əsədovun sözlərinə görə, keçidlərin və digər yol çizgilərinin rənglənməsi işi dərs ili başlayana qədər Bakının hər yerində həyata keçiriləcək.

 

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh