Qaranlıq yolda piyadanı vurmamaq üçün bu VİDEOya mütləq baxın - DYP çəkib

Avtoxəbər 3 Sentyabr 2015 15:50 Oxunub 5714
Qaranlıq yolda piyadanı vurmamaq üçün bu VİDEOya mütləq baxın - DYP çəkib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gecə baş verən yol qəzalarının əsas səbəbi şəraitə uyğun davrana bilməyən sürücülərin etdiyi kobud səhvlərdir

Piyadaların avtomobillərlə vurulması daha çox sutkanın qaranlıq vaxtında baş verir. Avtosfer.az-ın məlumatına görə, belə hadisələr adətən işıqlanmayan yollarda qeydə alınır ki, bu da sürücülərin və piyadaların səhlənkarlığının nəticəsidir. Əvvəla, piyadalar işıqlanmayan yollarda yolu keçərkən diqqətli olmalı, yolda avtomobillərin hərəkət etmədiyinə, tez keçə biləcəyinə əmin olduqdan sonra yola çıxmalıdır. Digər tərəfdən, yaxşı olar ki, qaranlıqda yola çıxan piyadalar üzərində işıqqaytarıcı olan geyimlərdən, açıq rəngli paltarlardan istifadə etsinlər.

Sürücülər isə işıqlanmayan yollarda düzgün hərəkət zolağı seçməklə yanaşı, işıq cihazlarından son dərəcə düzgün istifadə etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin hazırladığı animasiya filmində bu və digər məqamlar tam izah olunur. Yolu sağ-salamat keçmək istəyənlər, yolda piyadanı vurmamağın qaydalarını bilməyə maraq göstərənlər bu videonu diqqətlə izləsinlər.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh