Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm avtomobil modeli - FOTO

Avtodünya 21 Avqust 2015 22:15 Oxunub 6877
Almanların axtardığı azərbaycanlıdan yeni möhtəşəm avtomobil modeli - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ramil Nəcəfov yeni dizaynda olan avtomobil eskizlərini hazırlayıb

Azərbaycanlı gənc Ramil Nəcəfov yeni dizaynda olan avtomobil eskizlərini hazırlayıb. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, 23 yaşlı R.Nəcəfov Türkiyənin Süleyman Dəmirəl universitetində dizayn üzrə təhsil alıb. Dizaynerin yaratdığı avtomobil modelinin markası Azerant adlanır.

Avtomobilin maksimal surəti saatda 300 kmh muhərriki isə 500 hp at gucune hesablanıb. Model 3d max proqramında yığılıb. Dizayner deyir ki, bu modelı sırf Azərbaycan üçün yaradıb.  Bu modelin yaradılmasında əsas məqsəd gələcəkdə dünyada məşhur Formula 1 yarışlarında tanıtmaqdır. Ramil onu da əlavə edib ki, dunyanın heç bir ölkəsində bu markada model və dizayn yoxdur. O bu modelin sayəsində gələcəkdə Formula 1 yarışlarında Azərbaycanı tanıdacağını da əlavə edib. Modelin dizaynında Ramil Nəcəfov bayrağımızın rənglərindən istifadə etməklə bunun Azərbaycanın nəaliyyəti olmağına işarə verib.

Ramin Nəcəfov yaratdığı avtomobil modelinin eskizlərini gənclər və idman naziri Azad Rəhimova təqdim edib. Nəcəfovun dediyinə görə, onun layihəsi çox bəyənilib. Sentyabr ayında isə Ramil Nəcəfov Azad Rəhimovun qəbuluna yazılacaq. Ramil onu da əlavə edib ki, avtomobilin eskizləri tam hazırdır, vəsait ayrılarsa bu model istehsal oluna bilər.

Bir müddət bundan öncə isə Ramil Nəcəfov «BMW» üçün yeni avtomobil dizaynı hazırlayıb. Şirkət nümayəndələri gəncin eskizlərini diqqətlə araşdırmaq üçün ondakı faktları yenidən və daha ətraflı şəkildə göndərməsini istəyib: "Bizə dəstək olmağınız üçün çatışmayan məlumatları göndərməyinizi xahiş edirik. Siz mütamadi olaraq telefon vasitəsiylə də faktları bizə çatdıra bilərsiniz. Əgər bu sizin üçün də uyğundursa, gün ərzində rahatlıqla əlaqə saxlaya biləcəyimiz əlaqə nömrənizi qeyd edin". 

"Volkswagen", "Audi", "Ford" kimi avtomobil şirkətlərinə də eskizlərini göndərən Ramilin işlərinə biganə qalmayıblar.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh