Bakıda maşınlardan sallanıb ölümə gedən uşaqların növbəti VİDEOsu

Qaydalar 25 Avqust 2015 11:04 Oxunub 2522
Bakıda maşınlardan sallanıb ölümə gedən uşaqların növbəti VİDEOsu
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu iki yeniyetmə olduqca təhlükəli hərəkətlər edir – Baxın, amma təkrar etməyin

Xəbər verdiyimiz kimi, son günlər Bakıda 2 yeniyetmə diyircəkli ayaqqabı geyinərək şəhərin mərkəzində avtomobillərdən yapışıb yol qət edirlər. Avtosfer.az-ın məlumatına görə, həmin yeniyetmələr hər gecə Bakının müxtəlif nöqtələrində öz təhlükəli hərəkətlərini təkrarlayırlar. Onların hətta ölümlə üz-üzə qaldığı anlar da olur. Lakin öz əməllərindən əl çəkmirlər. İki gün əvvəl Avtosfer.az-ın əməkdaşları həmin yeniyetmələri Şəhidlər xiyabanı istiqamətdə qara rəngli avtomobildən sallanıb gedərkən müşaşidə ediblər.

Təəssüflə bildiririk ki, bəzən sürücülər də həmin yeniyetmələrə avtomobildən sallanıb getmək üçün şərait yaradırlar. Lakin hansısa xoşagəlməz hal baş verdikdə sürücünün də məsuliyyət daşıyacağını unutmayın!

Həmin görüntüləri təqdim edirik:

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh