Sərxoş qadının aeroportdakı hərəkəti hamını təəccübləndirdi

Maraqlı 26 Avqust 2015 00:36 Oxunub 1649
Sərxoş qadının aeroportdakı hərəkəti hamını təəccübləndirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Təhlükəsizlik xidmətinin əməkdaşları qadını təyyarəyə buraxmaq istəməyib

Çində hava limanında maraqlı hadisə baş verib. Pekin hava limanının təhlükəsizlik xidmətinin əməkdaşları Cao adlı qadın sərnişini təyyarəyə buraxmaq istəməyib. Buna səbəb kimi isə qadının çantasında olan kanyak şüşəsi göstərilib. Məlumata görə, sərnişinlərə təyyarənin daxilinə spirtli içki keçirmək qadağandır. Təhlükəsizlik xidməti qadına səyahətdən imtina etməyi və ya şüşəni aeraportda qoyub getməyi təklif edib. Konyak şüşəsindən ayrıla bilməyən qadın 190 dollar verdiyi içkini bir andaca başına çəkib. Bundan sonra qadını təyyarəyə buraxmayıblar. Şahidlərin sözlərinə görə, qadın sərxoş olub.

 

 

anspress

ŞƏRH YAZ
Ad

E-mail

Şərh