Daha bir reyd: 35 sürücü cərimələndi - VİDEO

Yol polisi 28 Avqust 2015 16:22 Oxunub 1787
Daha bir reyd:  35 sürücü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəzarət tədbiri zamanı ümumilikdə, fərdi qaydada 140 avtomobil yoxlanılıb

Xaçmazda “Təmiz hava” aylığı çərçivəsində növbəti reyd təşkil olunub. Avtosfer.az regiontv-yə istinadən xəbər verir ki, Xaçmaz Rayon Polis Şöbəsi dövlət yol polisi bölməsi və 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi əməkdaşlarının birgə keçirdikləri reyddə nəqliyyat vasitələrindən havaya buraxılan dəm qazının normalara uyğun olub-olmaması yoxlanılıb. Şəhərin Nəriman Nərimanov prospektində keçirilən nəzarət tədbiri zamanı ümumilikdə, fərdi qaydada 140 avtomobil yoxlanılıb. Atmosfer havasını çirkləndirən 35 avtomobilin sürücüsünə dövlət yol polisi əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib edilib.

Aylığın keçirilməsində əsas məqsəd atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınması və bu prosesə nəzarətin gücləndirilməsidir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh