Azərbaycanlı tələbələrin hazırladığı ilk elektrik maşını – VİDEO

Texnologiya 31 Avqust 2015 23:16 Oxunub 2196
Azərbaycanlı tələbələrin hazırladığı ilk elektrik maşını – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Emil Civişov: «Elektrik maşının tam hazır olması günü çox uzaqda deyil»

Azərbaycanlı tələbələr tərəfindən hazırlanmaqda olan ilk elektrik maşını üzərində aparılan işlər bitmək üzrədir. Maşının yaxın zamanlarda ictimaiyyətə təqdim edilməsi gözlənilir. Avtosfer.az-ın “Ictnews”ə istinadən məlumatına görə, bu barədə Qafqaz Universitetində çalışan Emil Civişov məlumat yayıb. O, “Facebook” sosial şəbəkəsində bununla bağlı jurnalistlərə çağırış edərək bildirib ki, elektrik maşının tam hazır olması günü çox uzaqda deyil. “Qurulmasından cəmi 3-4 il sonra Qafqaz Universiteti Mexanika mühəndisliyi bölməsi tələbələri tərəfindən quraşdırılmaqda olan Azərbaycanın ilk elektrik maşını çox yaxında sonlandırılacaq. Hörmətli jurnalistlər, bu cür xəbərləri geniş səkildə təqdim etmənizə ümid edir və gözləyirik. Çünki bu, azərbaycanlı tələbələrin və Azərbaycanın uğurudur!”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh